İŞİD qüvvələri Nigerə daxil olub və mövqelərini möhkəmləndirirlər...

Nigeriya Silahlı Qüvvələrinin kəşfiyyatı silahlıların Niger sərhədi boyunca hərəkət etdiyini bildirib....

İŞİD döyüşçüləri Sahel və Niger Respublikasındakı bazalarından Çad gölünün kənarına və Nigeriyanın şimal-qərb sərhədlərinə doğru hərəkət edirlər.

Poliqon xəbər verir ki, bu barədə avqustun 16-da “Daily Trust” qəzeti Nigeriya Silahlı Qüvvələrinin kəşfiyyat rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

İŞİD döyüşçülərinin hərəkətə keçməsinin səbəbi Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) qüvvələrinin Nigerə hücum edəcəyi iləbağlı xəbərlər göstərilir. Nəşr qeyd edir ki, yaraqlılar Çad gölünün sahillərindəki Kukava, Abadam, Qaydam və Quzamala ərazilərində qalalar yaradırlar.

“Daily Trust” qəzeti yazır ki, bu, bütün region üçün böyük təhlükəsizlik təhdididir. Əraziləri terrorçuların hücumuna məruz qalan bəzi Nigeriya ştatlarının sakinləri bunu artıq özləri də hiss ediblər.

Xatırladaq ki, Niger Şimali Afrikanın bir çox ölkələri kimi 2011-ci ildə Qəddafi rejiminin devrilməsindən sonra radikal islamçılar tərəfindən terrorun artması ilə üzləşib.

Poliqon.info