İsveçrə Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə qoşulub

İsveçrə hakimiyyəti Avropa İttifaqının Rusiyayay qarşı 11-ci sanksiya paketinə qoşulub...

APA-nın məlumatına görə, bu barədə İsveçrə hökumətinin kommünikesində bildirilib.

Sanksiya siyahısına yüzdən çox fiziki şəxs və təşkilat əlavə edilib.

Söhbət “ikili təyinatlı malların və Rusiyanın hərbi-texniki güclənməsinə töhfə verə biləcək digər malların ixracına qadağa qoyulmasından” gedir.

Bundan əlavə, kimyəvi silahların elektron komponentləri və prekursorları da sanksiyalara məruz qalıb.

İsveçrə həmçinin bəzi mallarla bağlı əqli mülkiyyətin Rusiyaya satışını və bu ölkə ərazisindən tranzit, o cümlədən təyyarə yanacağını qadağan edib.

Xatırladaq ki, Aİ-nin yeni sanksiyalar paketi iyunun 23-də qəbul edilib.

İyunun 28-də İsveçrə artıq bir sıra fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edərək, bu sanksiyalar paketi çərçivəsində tədbirlərin bir hissəsinə qoşulub.

Poliqon.info