Türkiyə İsveçin terrorçuların ekstradisiyası ilə bağlı heç bir tələbini təmin etməyib

İsveç Türkiyənin terrorçuların ekstradisiyasına dair 28 müraciətinin heç birini hələ də təmin etməyib...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “A-Haber” telekanalının efirində bildirib.

"Terror təşkilatları ilə əlaqəsi olan şəxslərin ekstradisiyası üçün İsveçə 28 sorğu göndərdik. Təəssüf ki, onlardan 22-nə rədd cavabı verildi. 9 müraciət PKK, 8-i FETÖ terror təşkilatı, 5-i digər təşkilatların üzvləri ilə bağlı olub. Təqsirləndirilən şəxslərin ölümü və ya oxşar hallar səbəbindən üç vəsatət təmin edilməyib. Daha üç sorğu cavab gözləyir. Amma İsveç məhkəmə sistemi artıq bu sorğularla bağlı mənfi qərar verdiyini bildirib", deyə nazir qeyd edib.

Tunç xatırladıb ki, İsveç NATO-nun bir hissəsi və Türkiyənin Alyansdakı tərəfdaşı olmaq niyyətini bəyan edir:

"Bu məsələ, ərizənin təsdiqi parlamentimizin gündəliyində olacaq. Və parlament müzakirə zamanı bütün nüansları nəzərə alacaq. İsveçdən gözləntilərimiz bəllidir: Stokholmdan terrorçuları bizə təhvil verəcəyini gözləyirik. Lakin Bu məsələ ilə bağlı heç bir hərəkət yoxdur”.

O əlavə edib ki, iyun ayından İsveçdə yeni antiterror qanunu qüvvəyə minib. Onun sözlərinə görə, belə qanunlardakı ifadələr adətən kifayət qədər genişdir, ona görə də onun praktikada necə həyata keçirilməsi vacibdir.

Ədliyyə Nazirliyinin rəhbəri onu da qeyd edib ki, həm ABŞ, həm də digər Avropa ölkələri Türkiyənin cinayətkarların ekstradisiyası ilə bağlı müraciətlərinə demək olar ki, əməl etmir. Söhbət İnterpolun qırmızı bülletenləri ilə axtarışda olan şəxslərdən gedir.

Poliqon.info