Azərbaycanda daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərracda Daşkəsən rayonundakı “Çovdar” keramika xammalı yatağı, Ağstafa rayonundakı “Yuxarı Salahlı” qum-çınqıl yatağı, Tovuz rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonundakı “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, İmişli rayonundakı “İmişli” qum-çınqıl yatağı, İmişli rayonundakı “Bəhrəmtəpə I” qum-çınqıl yatağı satışa çıxarılacaq.
Başlanğıc qiyməti 3 000-36 260 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar lazımi sənədləri sentyabrın 20-si, saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A).
Poliqon.info