Moldova Rusiyanı ölkə üçün qeyri-sabitlik mənbəyi elan etdi...

Moldova prezidenti Maya Sandu Rusiyanı ölkəsi üçün qeyri-sabitlik mənbəyi adlandırıb. Eyni zamanda o, Rumıniyanın “vacib qoruyucu” olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, prezident belə bəyanatla Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Moldovanın səfirləri ilə təşkil etdiyi görüşdə çıxış edib.

“Rusiya bizim üçün qeyri-sabitlik mənbəyi olmağa davam edəcək. Siz gördünüz ki, bu il Rusiya qüvvələri Moldovada sabitliyi pozmağa, hətta konstitusiya hökumətini devirməyə cəhd etməyə çalışıb. Digər tərəfdən, bizim bəxtimiz gətirib ki, Rumıniya Moldovanı dəstəkləyir. O, bizim xarici siyasətimizi dəstəkləyən mühüm müdafiəçidir”, deyə Maya Sandu vurğulayıb.

Prezident Moldovanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara tez bir zamanda başlamağa çalışdığını da bəyan edib və iqtisadiyyatın dirçəldilməsinin zəruriliyini xatırladıb.

Poliqon.info