Çin İrandan rekord həcmdə neft idxal edir...

2022-ci ilin avqustunda İrandan Çinə neft idxalı kəskin səviyyədə artıb...

Poliqon xəbər verir ki, bu barədə "Bloomberg" Kpler"ə istinadən məlumat yayıb.

"Kpler" analitik şirkətinin məlumatına görə, Çinin sanksiyalara məruz qalmış İran neftinin idxalı ən azı 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Qeyd olunur ki, buna səbəb endirimlə satılan neftin qiymətinin cəlbediciliyidir.

Bu ay dünyanın ən böyük neft idxalçısı İrandan gündə təxminən 1,5 milyon barel neft alacaq. İlin ilk aylarında aylıq tədarük səviyyəsi sutkada 917 min barel olub.

Poliqon.info