Çin və Hindsitan mübahisəli sərhəd bölgələrində sülhü qoruyacaqlar...

Çin və Hindistan mübahisəli sərhəd bölgələrində sülhü qorumaq üçün qarşılıqlı söz veriblər...

Çin və Hindistan komandanlığı avqustun 14-də və 15-də keçirilən danışıqların 19-cu raundunun nəticələrinə əsasən, ölkələr arasında Faktiki Nəzarət Xəttində (LAC) sülh və əmin-amanlığı qorumağa qarşılıqlı söz veriblər.

Poliqon xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin saytında məlumat verilib. Məlumatda qeyd edilir kİ. LAC ölkələrin faktiki sərhədidir, Çin və Hindistan arasındakı müqavilələrdə qanuni olaraq tanınır.

Bundan əlavə, tərəflər mübahisəli məsələlərin mümkün qədər tez həll edilməsi və hərbi və diplomatik kanallar vasitəsilə dialoq və danışıqların dinamikasını saxlamaq zərurəti barədə razılığa gəliblər.

Qeyd edək ki, iyulun sonunda Hindistan 1962-ci ildə Çin-Hindistan sərhədindəki münaqişədən sonra yaranmış Hindistanın şimal-şərqindəki Arunaçal Pradeş əyalətinin sakinlərinə xüsusi viza verməyə davam edən Çini pisləyib. Çin Arunaçal-Pradeş əyalətini Tibetin cənubundakı ərazilərinin bir hissəsi hesab edir.

Həmçinin Hindistan 1960-cı illərdən bəri Çin, Hindistan və Pakistanın sərhədlərinin qovşağında yerləşən Aksayçin üzərində ÇXR-in nəzarətinə qarşı çıxır. Hindistan bu ərazini özünün Ladax bölgəsinə daxil edir.

Kunlun və Himalay dağları arasında yerləşən Ladax bölgəsində vəziyyətin gərginləşməsi 2020-ci ilin mayında Çin və Hindistan hərbçiləri arasında münaqişələrlə başlayıb. Bu, hər iki tərəfin sərhəddə hərbi mövcudluğunun böyüməsinə səbəb olub.

Poliqon.info