Vaşinqton-Tehran təmasları...

ABŞ İrandan Rusiyaya PUA-ların tədarükünü dayandırmağa çalışır...

Bayden administrasiyası bu il Qətər və Omandakı islam rejimi ilə dolayı danışıqlarda bu məsələni qaldırıb.

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb. Nəşr mənbələrə istinadən xabər verir ki, bu müzakirələr əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarla paralel aparılıb. İran rəsmisinin və başqa bir mənbənin sözlərinə görə, ABŞ həmçinin İrandan pilotsuz təyyarələr üçün ehtiyat hissələrini Rusiyaya tədarük etməməyi xahiş edib.

FT yazır ki, İran tərəfi dəfələrlə Moskvadan onlardan münaqişədə istifadəni dayandırmağı xahiş etdiklərini bildirib, lakin Vaşinqton daha konkret addımların atılmasını istəyir.

Nəşr qeyd edir ki, dolayı danışıqlar hər iki tərəfin deeskalasiyaya razı olmasına gətirib çıxara bilər. İran üçün bu, uranın 60%-dən çox olmayan zənginləşdirilməsi, ABŞ üçün isə Tehrana təcavüz etməmə zəmanəti verməkdir Həmçinin, Vaşinqton insan haqları ilə bağlı olanlar istisna olmaqla, yeni sanksiyalardan imtina edəcək və İran neftinin satışına məhdudiyyətləri ciddi şəkildə tətbiq etməyəcək.

Poliqon.info