Ukrayna rəsmisi əhalini uzun sürən müharibəyə hazırlaşmağa çağırıb

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk hesab edir ki, Rusiya ilə müharibə ağır olacaq və uzun sürəcək...

Poliqon xəbər verir ki, bu barədə İrina Vereşçuk özünə məxsus telegram kanalında yazıb. Rəsmi ukraynalıları uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.

“Müharibə nə qədər davam edəcək? Dürüst olmalıylq. “2-3 həftə”, “ilin sonuna qədər”, “gələn yaz” - bütün bunlar doğru deyil ... Vətəndaşlar və hakimiyyət uzun və çətin müharibəyə köklənməlidir”, deyə xanım Vereşçuk qeyd edib.

Poliqon.info