İstanbulda Karlovun qətli ilə bağlı “vacib şəxs” saxlanıldı...

İstanbulda keçirilən xüsusi əməliyyat zamanı Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlində əli olan “vacib şəxs” saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Bildirilir ki, təqsirləndirilən şəxsin yaşadığı ünvanda aparılan ətraflı axtarış zamanı 1 ədəd mobil telefon, 2 ədəd SİM kart, 1 ədəd SİM kart cihazı və 1 ədəd yaddaş kartı götürülüb.

Məlumata görə, saxlanılan şəxs rusiyalı diplomatın qətlində əli olan şəxslərdən birinin həyat yoldaşı olan qadındır.

Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərgisinin açılışında güllələnib. Hücumu təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən polis əməkdaşı Mevlüt Mert Altıntaş həyata keçirib.

Rusiya səfirinin qətlini təşkil etməkdə ittiham olunan 28 şübhəli, o cümlədən ABŞ-da yaşayan din xadimi Fətullah Gülən ittihamları rədd edib. Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası, 8 nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, daha 6 nəfər isə bəraət alıb.

Poliqon.info