Afrikada “Vaqner Qrupu”nun təxminən beş min muzdlu hərbiçisi var...

Qara qitədə “Vaqner”in beş min muzdlusu var və bu qruplaşma bir sıra Afrika ölkələrində çevrilişlərə yadım edir…

Poliqon xəbər verir ki, bu barədə Council on Foreign Relations nəşrinin məlumatında bildirilir. Nəşr yaır ki, bu muzdlu hərbiçilər keçmiş Rusiya hərbçiləri, məhkumlar və xarici ölkə vətəndaşlarıdır.

“Vaqner” ən çox Qərblə çətin münasibətlərdə olan Mərkəzi Afrika Respublikası, Liviya, Mali və Sudanda fəaldır.

Nəşr qeyd edir ki, ABŞ kəşfiyyatı bu yaxınlarda “Vaqner”in ölkənin keçid prezidentini devirmək üçün Çad üsyançıları ilə əməkdaşlıq etdiyini ortaya qoyub.

Bəzi analitiklərin proqnozlarına görə, Fransa bu ilin əvvəlində qoşunlarını ölkələrdən çıxardıqdan sonra Burkina Faso artan cihadçı qiyamla mübarizəyə kömək etmək üçün tezliklə “Vaqner”i bu ölkəyə çağıra bilər.

Poliqon.info