Almaniya bir neçə il Ukraynanı dəstəkləmək üçün büdcə vəsaiti ayırıb…

Almaniya höküməti yaxın illərdə Ukraynaya dəstək üçün büdcə vəsaiti ayırıb...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Bild nəşrinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Ukraynalı qaçqınların yerləşdirilməsi də daxil olmaqla Almaniyanın ümumi yardımı 22 milyard avro qiymətləndirilir. Almaniyanın 2023-cü il üçün ümumi federal büdcəsi isə 476,29 milyard avrodur.

“Növbəti illərin büdcəsini tərtib edərkən biz artıq Ukraynaya dəstəyin davam etdirilməsini qəti şəkildə planlaşdırmışıq”, deyə Maliyyə Nazirliyinin rəhbəri deyib.

“Taurus” uzaqmənzilli qanadlı raketlərin Ukraynaya çatdırılması ehtimalını şərh edərkən, nazir bunu Almaniyanın bunu müttəfiqlərlə əlaqələndirməli olduğunu qeyd edib. Lindner ölkəsinin müdafiə qabiliyyətini qorunmasının və münaqişəyə cəlb edilməməsinin də vacib olduğnu vurğulayıb.

“Əgər bu üç meyar yerinə yetirilərsə, o zaman belə bir qərar qəbul edilə bilər”, Lindner “Taurus” uzaqmənzilli qanadlı raketlərlə bağlı bildirib.

Poliqon.info