Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt-saat, yəni 0,3% artaraq 16 323,4 mln. kVt-saat olub...

Energetika Nazirliyindən verilən məlumata görə, yeddi ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 14 995,7 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 1 107,4 mln. kVt-saat, digər mənbələr üzrə isə 220,3 mln. kVt-saat təşkil edib.

Qeyd olunur ki, bu dövrdə külək elektrik stansiyalarında 37,6 mln. kVt-saat, günəş elektrik stansiyalarında 39,6 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Poliqon.info