Ukrayna SQ: Ordu ölkənin cənubunda irəliləyib

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda irəliləyib, yeni ərazilər azad olunub...

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Andrey Kovalev bildirib.

Kovalevin sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücumları davam etdirir və cənub cəbhəsində Urojaynoye qəsəbəsi istiqamətində irəliləyir.

Həmçinin bildirilib ki, ukraynalı hərbçilər Berdyansk və Melitopol istiqamətləri də daxil olmaqla əks-hücum əməliyyatlarını davam etdirir.

Poliqon.info