Yəhudi general: İsrailin Fələstindəki hərəkətləri Aparteid rejiminə bənzəyir…

Keçmiş İsrail ordusu generalı ölkəsinin İordan çayının qərb sahilindəki hərəkətləri nasist Almaniyasına və Aparteid rejiminə bənzədib…

Poliqon xəbər verir ki, bu barədə Dawn qəzeti yazır.

Bazar günü İsrailin “Kan” Radiosuna müsahibəsində İsrail Müdafiə Qüvvələrinin istefada olan general-mayoru Amiram Levin bildirib ki, İsrail ordusu müharibə cinayətlərinə qarışmağa başlayıb.

Generalın sözlərinə görə, bu hərəkətlər “faşist Almaniyasında baş verən prosesləri xatırladır”.

“Hevronda gəzintiyə çıxın. Siz ərəblərin gəzə bilmədiyi küçələri görəcəksiniz. Bu, ağrılı və xoşagəlməzdir, lakin bu, reallıqdır”, deyə general Levin bildirib.

Poliqon.info