Moskva birjasında dolların məzənnəsi 5 rubl ucuzlaşıb...

Çərşənbə axşamı Moskva birjasında valyuta hərraclarının əvvəlində, ticarət məlumatlarına əsasən, rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar, avro və yuana nisbətdə artım göstərib...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, hərracların ilk dəqiqələrində dollar 5,46% ucuzlaşaraq 92,6 rubla, avro 3,18% ucuzlaşaraq 103,75 rubla, yuan isə 0,45% ucuzlaşaraq 13,33 rubla düşüb.

Moskva vaxtı ilə saat 07:15-də dollar ucuzlaşmasını 1,89% sürətləndirərək 95,82 rubla, avro isə 2,39% ucuzlaşaraq 104,5 rubla düşüb. Yuanın məzənnəsi isə 13,083 rubl (-2,29%) səviyyəsində qalıb.

Poliqon.info