Ukraynadakı rus əsirlər Rusiyaya qayıtmaq istəmirlər…

Rusiyalı əsirlər Ukrayna hakimiyyətindən onların mübadiləsini hərbi müqavilənin sonuna qədər təxirə salmağı xahiş edirlər…

Poliqon xəbər verir ki, bu barədə The Economist nəşri məlumat yayıb. Nəşr yazır ki, rusoyalı əsirlər yenidən cəbhəyə getməyə məcbur olmaq istəmirlər. Bəziləri isə müharibə başa çatana qədər onları ümumiyyətlə geri qaytarmamağı xahiş edirlər.

Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Pyotr Yatsenkonun sözlərinə görə, Lvovdakı əsir düşərgəsinə əvvəlcə Donetsk və Luqanskdan olan əsgərlər daxil olub, sonra “Vaqner” muzdluları da bura gətirilib. İndi isə əsirlərinüçdə biri Şturm-Z dəstələrinə, ikinci üçdə biri səfərbər edilmişlərə və üçüncü hissəyə sıravi əsgərlər aiddir.

The Economist yazır ki, Lvov əsir düşərgəsi nümunəvidir. Cenevrə Konvensiyalarına uyğun olaraq, məhbuslar kameralarda ağbağlı qapılar arxasında saxlanılmır. Konvensiyaya görə, əsirlər işə cəlb olunur. Otaqların birində kişilər masa arxasında oturub dəbdə olan alış-veriş çantalarını yapışdırırlar. Bağ mebeli də düzəldirlər. Zabitləri işləməyə məcbur etmirlər, amma onlar burada “nadir quşlardır”.

BMT-nin İnsan Haqları İdarəsinin məlumatına görə, Rusiyada məhbusların 92%-i işgəncə və pis rəftara məruz qalıb. Zorbalıq bütün həbs müddəti boyunca davam edir.

Lvov düşərgəsində əksəriyyət pis rəftara məruz qalmadıqlarını bildiriblər. Ukraynada əsirlərə bəzən evə zəng etməyə icazə verilir. Zəng edən zaman əsirlər qohumlarından həbsxana mağazasından şirniyyat, kofe və tualet əşyaları almaq üçün pul göndərmələrini xahiş edə bilərlər.

Poliqon.info