Mask və Zukerberqin döyüşü Pompeydə, qədim Roma amfiteatrında keçiriləcək…

Pompey şəhərinin meri Mask və Zukerberq arasında döyüşün şəhər amfiteatrında keçirilməsini təklif edib…

Poliqon “Adnkronos” Agentliyinə istinadən xəbər verir ki, Pompey şəhərinin meri Karmin Lo Sapio şəhərin qədim Roma amfiteatrında İlon Mask və Mark Zukerberq arasında döyüş matçının keçirilməsini təklif edib. Mer döyüş tarixinin geri çəkiləcəyini də istisna etməyib. Döyüş avqustun 26-da baş verməli idi.

Merin sözlərinə görə, Pompeydəki qədim Roma amfiteatrı milyarderlərin döyüşməsi üçün ən yaxşı yerdir. “Adnkronos” Agentliyinə verdiyi şərhdə Karmin Lo Sapio İtaliya hakimiyyət nümayəndələri ilə təmaslardan sonra seçimin Pompeyin üzərinə düşəcəyi təəssüratının yarandığını bildirib.

Pompey şəhərinin merinin söylədikləri İtaliya rəsmilərindən hələ ki, təsdiqlənməyib.

Qeyd ed\k ki, Amerikanın iki çox məşhur milyarderi arasında döyüş Vegas Octaqonda keçirilməli idi, lakin keçən həftə İlon Mask döyüşün “Qədim Roma” fonunda baş tutacağını bildirib. Mask bu barədə İtaliyanın Baş naziri, eləcə də bu ölkənin mədəniyyət naziri ilə razılığa gəldiyini deyib. Lakin Mask dəqiq yerin adını çəkməyib.

Döyüş Twitter-də canlı yayımlanacaq.

Poliqon.info