Niderland və Danimarka F-16 qırıcıları rus bombardmançılarına görə havaya qalxdı...

Niderland Kral Hərbi Hava Qüvvələri (HHQ) iki Rusiya bombardmançısının ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb...

Poliqon xəbər verir ki,onların qarşısını almaq üçün Niderland və Danimarka F-16 qırıcılarını havaya qaldırıb.

Reuters və Bloomberg Agentliklərinin məlumatına görə, Rusiya təyyarələri Şimal dənizi üzərində NATO hava məkanını pozmazdan əvvəl geri qayıdıb.

Niderland Kral Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub ki, Rusiya təyyarələrinin ölkənin hava məkanına yaxınlaşması barədə məlumat daxil olduqdan sonra yerli vaxtla saat 7:19-da iki Niderland F-16 qırıcısı havaya qaldırılıb. “Bu, tez-tez baş vermir, lakin bugünkü hadisə qüvvələrin sürətlə yerləşdirilməsinin vacibliyini nümayiş etdirir”.

Niderland Krallığının Hərbi Hava Qüvvələrinin nümayəndəsi qeyd edib ki, xarici təyyarələrin qarşısını almaq planı onlar ilkin uçuş planı təqdim etmədikləri və unikal identifikasiya koduna malik olmadıqları halda həyata keçirilir. O, həmçinin vurğulayıb ki, Rusiya təyyarələri tez-tez Niderland hava məkanını pozur və ya yaxınlaşır.

Poliqon.info