Rusiyanın neft daşımasından gəlirləri artıb…

Şişirilmiş nəqliyyat xərcləri Rusiya şirkətlərinə Hindistana neft satmaqdan daha çox qazanc əldə etməyə imkan verir…

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşrinin məlumatında bildirilir. Nəşr yazır ki, ikinci rübdə Rusiyanın daşınmadan gəlirləri 1,2 milyard dollara çata bilər.

Hindistana tədarük olunan neftin orta qiyməti Rusiyanın Baltikyanı limanlarında bir barel üçün təxminən 50 dollar təşkil edib. Bununla belə, Hindistan gömrük məlumatları göstərir ki, eyni dövr üçün Rusiya neftinin qiyməti sığorta və yük daşıma daxil olmaqla qiymətlər 68 dollar olub.

“Argus” şirkətinin hesablamalarına görə, fevral ayında məlumatların toplanmasına başlayandan bəri Hindistanda “Urals”ın orta qiyməti Baltikyanı ölkələrlə müqayisədə bir barel üçün 14,90 dollar yüksək olub. Bu, “Argus”un orta hesabla 9 dollar/barel olan faktiki çatdırılma qiyməti ilə bağlı təxminlərini üstələyir.

Neftin bir hissəsini alan Hindistan dövlət neft şirkətinin əməkdaşı bildirib ki, hindistanlı alıcılar nefti daşıma xərcləri daxil olmaqla alırlar. Onun sözlərinə görə, daşımaların şərtləri və dəyəri ilə bağlı heç bir danışıqlar aparılmayıb. “Kpler” kompaniyasına görə, “Lukoyl” və “Rosneft” Hindistanın neft emalı zavodlarına birbaşa satış həyata keçirib. Digər hallarda, satış bir neçə Rusiya neft şirkəti ilə sıx əlaqələri olan yeni ticarət şirkətləri tərəfindən həyata keçirilir.

“Kpler” hesab edir ki, may və iyul ayları arasında Rusiya 134 gəmi ilə Baltikdən Hindistana 108 milyon barel neft göndərib. “Argus” isə bildirir ki, o zaman kommersiya daşıma tarifləri orta hesabla 9 dollar/barel olub və bu, şirkətlərin ən yüksək marjadan təxminən 800 milyon dollar əldə etdiyini göstərir. FT may və iyul ayları arasında Rusiya neftini Hindistana daşıyan 134 gəmidən 23-nü birbaşa Rusiya şirkətləri ilə əlaqələndirə bilib.

FT müharibə başlayandan sonra hazırkı sahibləri tərəfindən alınmış daha 26 xəyali rus gəmisini müəyyən edib. Onların sahibləri gizli saxlanılır.

İkinci rübdə Baltikyanı ölkələrdən daşınan neftin təxminən 40%-i Rusiyaya bağlı donanma vasitəsilə daşınıb. “Argus”un yükdaşıma xərclərinin hesablamalarına görə, bu donanma 350 milyon dollardan çox gəlir əldə edə bilər.

Poliqon.info