ABŞ prezidentinin oğlu həbs edilə bilər...

Xüsusi prokuror Baydenin oğlu ilə razılaşmadan imtina edib…

ABŞ Prezidentin oğlunun məhkəməyə veriləcəyi ehtimalı var. Xüsusi prokuror Devid Veys onunla bağlı araşdırmasını davam edirir.

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Prezident Co Baydenin oğlu Hanter Baydenin vəkili bazar günü axşam saatlarında prokurorların əvvəlcədən razılaşdırılmış razılaşmadən imtina etdiyini söyləyib”, deyə Agentlik yazır.

Vəkil qeyd edib ki, xüsusi prokuror Devid Veys cümə günü Hanter Baydenin cinayət mühakiməsi ilə üzləşə biləcəyini və iki tərəf arasında danışıqların dayandırıldığını söyləyib.

Xatırladaq ki, iyul ayında Hanter Baydenin vergidən yayınma və odlu silah pozuntuları ilə bağlı təklif etdiyi iddia razılaşması məhkəmə tərəfindən araşdırılırdı. İclasa sədrlik edən hakim müqaviləni nəzərdən keçirmək üçün daha çox vaxta ehtiyacı olduğunu söylədikdən sonra isə prokurorluq fikrini dəyişib.

Poliqon.info