Banan yeşiklərindən 83 milyon avroluq kokain çıxdı...

Çex polisi Praqa yaxınlığındakı Kletsani şəhərində “Albert” mağazalar şəbəkəsinin distribüter mərkəzində banan partiyasından 646 kq kokain aşkar edib...

Poliqon xəbər verir ki, bu barədə “Radio Praqa” məlumat yayıb.

Müsadirə edilən narkotikin dəyəri təxminən 2 milyard kron (83 milyon avro) təşkil edir.

Qeyd olunur ki, qutulardakı narkotiki anbar işçiləri aşkarlayıb və polisə müraciət ediblər.

“Üzvi bananların altlıqlarını boşaldarkən anbar işçiləri şübhəli bağlamaları müşahidə ediblər. Axtarış zamanı içində şübhəli toz olan kiloqramlıq torbalar tapılıb. Təsadüfi yoxlama onun narkotik maddə, daha dəqiq desək, kokain olduğunu göstərdi”, deyə Narkotiklərlə Mübarizə üzrə Milli Qərargahın mətbuat katibi Lusiya Şmoldasova bildirib.

İlkin məlumatlara görə, Kletsanidə ələ keçirilən partiya Çexiya tarixində ən böyük partiyalardan biridir.

Poliqon.info