Niger üsyançıları ECOWAS ilə danışıqlara razılaşıblar...

Nigerin üsyançı hökuməti Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) liderləri ilə danışıqlara başlamağa razılaşıb...

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

Qeyd edək ki, Qərbi Afrika İqtisadi Birliyi daha əvvəl demokratik yolla seçilmiş prezidentin devrilməsi səbəbindən Nigeri hərbi müdaxilə ilə hədələmişdi.

“Biz yaxın günlərdə ECOWAS qrupu ilə danışıqların başlanmasını nikbinliklə gözləyirik”, deyə üsyançıların təyin etdiyi baş nazir Əli Mahaman Lamin Zein bildirib.

Bundan bir qədər əvvəl üsyançılar prezident Mohamed Bazumu vətənə xəyanətdə ittiham etmək niyyətində olduqlarını bəyan etmişdilər. ECOWAS onun azad edilməsini və hakimiyyətə qayıtmasını tələb edir.

Nigerdə hərbi çevriliş iyulun 27-nə keçən gecə baş verib. Buna cavab olaraq ECOWAS Nigərə qarşı hərbi müdaxilə hazırlayır. Üsyançılar müdaxilə olarsa, Mohamed Bazumu öldürəcəklərini bildiriblər.

Poliqon.info