Niger ​​üsyançıları ECOWAS-ın şərtləri ilə razılaşmırlar

İyulun sonunda Nigerdə ​​dövlət çevrilişi edən hərbçilər Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) irəli sürdüyü şərtlərlə razılaşmırlar...

Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalda yayımlanan reportajda qeyd edilir ki, üsyançılar təşkilatın irəli sürdüyü tələblərə reaksiya verməyə tələsmirlər.

“Bununla yanaşı, hərbçilər və ECOWAS arasında əlaqələr dayanmayıb”, - kanal qeyd edir.“Al Arabiya”, həmçinin ölkədəki vəziyyətin humanitar yardımın ehtiyacı olanlar arasında bölüşdürülməsinə mənfi təsir göstərməyə başladığını bildirir.

Qeyd edək ki, iyulun sonlarında Niger Prezident Qvardiyasının hərbi qrupu qiyam qaldıraraq Prezident Məhəmməd Bazumu istefaya göndərdiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb.

Bazum hələ də iqamətgahında həbs şəraitində saxlanılır.

Poliqon.info