Rusiyada Google-un işində problemlər yaranıb...

Google-un işində problemlər yaranıb. Trend-in məlumatına görə, bu barədə "Downradar" servisinin səhifəsində bildirilir...

Məlumata əsasən, problemlər barədə Rusiyada yaşayan istifadəçilər məlumat verib.

Bildirilib ki, Google-un axtarış sisteminin işində fasilələr barədə 496 sorğu göndərilib.

Problemlər haqqında məlumat verən istifadəçilərin 55 faizi ümumi nasazlıqlardan, 35 faizi isə saytın işi bağlı şikayət edib. Digər 5 faiz isə daxil olmaqda çətinlik çəkdiyini bildirib.

Poliqon.info