Bakıda çimərlikdə bədbəxt hadisə: Bir nəfər öldü, digəri axtarılır

Bakıda çimərlikdə üç nəfər boğulmaq təhlükəsi ilə üz-üzə qalıb...

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb. Qobustan qəsəbə sakinləri 20 yaşlı Bayramov Nihad Mürşüd oğlu, 24 yaşlı Babayev Elvin Güləhməd oğlu və Ələt qəsəbəsi sakini, 21 yaşlı Qasımov Coşqun İlqar oğlu suda boğulublar.

Axtarış tədbirləri ilə bir neçə dəqiqədən sonra N.Bayramovun meyiti dənizdən aşkar edilərək çıxarılıb. C.Qasımov dənizdən sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. E.Babayevin isə dəniz sularında axtarışı davam etdirilir.

Poliqon.info