Rusiyanın Ukraynanı bu gün raket atəşinə tutması nəticəsində ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin bu gün Ukrayna ərazisinə “Kinjal” hipersəs raketləri atması nəticəsində ölən və yaralananlar var...

APA xəbər verir ki, bu barədə Ukrayna KİV yerli administrasiyalara istinadən məlumat yayıb.

Xerson yerli administrasiyanın məlumatına görə, Rusiya ordusu tərəfindən açılan atəş zamanı 53 yaşlı kişi ölüb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Xersona ümumilikdə 60 zərbə endirib.

Xersondan 70 kilometr şərqdə yerləşən Berislav şəhərində iki polis əməkdaşı yaralanıb.

Raket atəşindən Donetsk vilayətinin də sakinləri əziyyət çəkib. Orada bir mülki şəxs həlak olub, 9 nəfər yaralanıb ki, onların arasında uşaqlar da var.

Poliqon.info