Prezident terminalın açılışını etdi - Fotolar , Yenilənib

Bu gün prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılış mərasimində iştirak edib
Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.Azərbaycan prezidenti mərasimdə çıxış edib.Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.Daha sonra dövlət başçısı terminalı işə salıb.Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.Sonda xatirə şəkli çəkdirilib.Xəbəri AzərTAc yayıb.