Tramp Baydeni ABŞ üçün “zehni fəlakət” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenin dəli olduğunu düşünür...

Poliqon xəbər verir ki, Donald Tramp seçkilərdəki keçmiş rəqibini növbəti dəfə “səriştəsiz” olduğunu bildirib. Keçmiş prezident Baydeni həmçinin Ədliyyə Nazirliyindən və FTB-dən “silah kimi” istifadə edən “xəyalpərəst dəli” adlandırıb.

Trampln sözlərinə görə, Co Baydenin simasında Amerika “ölkəni cəhənnəmə aparan psixi fəlakət”lə üzləşib.

“Mən inanıram ki, korrupsioner Co Bayden sadəcə axmaq və bacarıqsız deyil, əminəm ki, o, dəli olub”, deyə Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti dəfələrlə hazırkı prezident Baydeni tənqid edib. Tramp həmçinin hesab edir ki, özünün istintaq altında olmasına səbəb Co Bayden administrasiyasının “təqibləri”dir.

Poliqon.info