Ukrayna əks-hücum taktikasını dəyişməyə məcbur olub…

Ukrayna Silahlı Qüvvələri əks-hücum taktikasını dəyişmək məcburiyyətində qalıb…

Poliqon xəbər verir ki, bu barədə cümə axşamı, aPolitico nəşri Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadən məlumat verib.

“Sak etiraf etdi ki, Kiyev qüvvələri qcanlı qüvvəni və texnikanı qorumaq üçün taktikasını dəyişib və bu, mümkün irəliləyiş üçün vaxt çərçivəsini artırıb”, deyə qəzet yazır.

Nazirin müşaviri vurğulayıb ki, hazırda heç kim əks-hücumun uğurları barədə konkret tarixlər demir. O, qeyd edib ki, cəbhədə vəziyyət ağır olaraq qalır, lakin bununla yanaşı, Kiyev təşəbbüsü özündə saxlayır. Müşavirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri cənub və şərq istiqamətlərində təzyiqlərini davam etdirir. Buna görə də vəziyyət dəyişə bilər.

Polqion.info