Ombudsman Aparatı: Mixail Saakaşvilinin vəziyyəti pisləşir...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhəti pisləşməkdə davam edir...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.

Qeyd olunur ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis siyasətçinin yerləşdirildiyi “Vivamed” klinikasının təqdim etdiyi sənədləri öyrənib və təhlil edib.

Gürcüstanın üçüncü prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub, ehtimal ki, sümük iliyində problem yaranıb. Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər. Buna baxmayaraq, Saakaşvili səhhətinin pisləşməsi istiqamətində tədricən yavaş dinamika saxlayır.

Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.

Poliqon.info