Moskvada zabodda baş verən partlayışdan sonra 12 nəfər itkin düşüb…

Moskva yaxınlığında Sergiev Posad qəsəbəsində baş verən partlayışdan sonar itkin düşən insanların axtarışı davam edir…

Yenilənmiş məlumatlara görə, Moskva yaxınlığındakı Sergiev Posad zavodunda baş verən partlayışdan sonra 12 nəfərin taleyi naməlum olaraq qalır.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı, Rusiyanın Fövqəladə Hallar Xidməti məlumat yayıb. Agentlik yazır ki, hazırda hadisə yerində axtarış işləri davam edir.

Fövqəladə Hallar Xidməti həmçinin TASS-a bildirib ki, zavodda baş verən partlayış nəticəsində 111-dən çox binaya ziyan dəyib, onlardan 100-ə yaxını yaşayış binaları, o cümlədən şəxsi binalardır. Sosial və inzibati binalara da ziyan dəyib.

Rusiya FHX bildirib ki, xilasedicilər Sergiev Posadda baş verən partlayışdan sonra dağıntılar üzərində gecə-gündüz axtarış işləri aparırlar. Son məlumatlara görə, hadisə nəticəsində 60 nəfər xəsarət alıb, bir nəfər ölüb. Bir neçəağır yaralı reanimasiyada qalır.

“Baza” telegram kanalı isə bildirib ki, dağıntılar altından 10-dan insanın cəsədinin hissələri tapılıb.

Qeyd edək ki, Sergiev Posaddakı Zaqorsk optik-mexaniki zavodunun ərazisində avqustun 9-da səhər saatlarında partlayış baş verib. Rayon rəhbərinin sözlərinə görə, hadisə özəl şirkətə məxsus pirotexniki vasitələr olan anqarda baş verib.

Poliqon.info