Qiyamçıların lideri Nigerin yeni Baş naziri ilə görüşüb...

Niger üsyançılarının lideri Tçiani qiyamçılardan təyinat alan yeni Baş nazir Əli Lamin Zein ilə görüşüb...

Nigerin üsyançı lideri general Abdurahman Tçiani çərşənbə günü çevrilişdən sonra hakimiyyətin mərkəzi orqan olan “Vətənin Qurtuluşu Milli Şurası” (NCSR) tərəfindən təyin edilmiş ölkənin yeni baş naziri Əli Lamin Zein ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, görüş Niameyedəki prezident sarayında keçirilib.

Zeininin bildirib ki, o, generalla görüşə şad olub. Nigerin yeni Baş naziri Tçianiyə təyinatına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Tçianinin sədri olduğu NSSR avqustun 7-də 58 yaşlı iqtisadçı və keçmiş maliyyə naziri Zeini Nigerin Baş naziri təyin edib.

Poliqon.info