Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

Asiya-Sakit Okean regionunda Tailand ağ düyüsünün birja qiymətləri bir ton üçün 648 dollara yüksəlib ki, bu da 2008-ci ilin oktyabrından bəri rekord göstəricidir...

Bu barədə yerli Düyü İxracatçıları Assosiasiyasına istinadən məlumat yayılıb.

Bildirilib ki, son bir ildə dənli bitkilərin qiymətində artım demək olar ki, 50 faiz təşkil edib. İyulun 26-da üç illik rekord qırılıb - bir ton üçün 572 dollar.

“Qlobal tədarüklə bağlı artan narahatlıqlar fonunda Asiyada düyü qiymətləri təxminən 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Quru hava Tailandda istehsalı təhdid edir və məhsulun ən böyük tədarükçüsü Hindistan onun bəzi növlərinin ixracına qadağa qoyub”, - deyə məlumatda bildirilib.Qeyd edək ki, hazırda Tailandda quraqlıq dövrü yaşanır. Ölkə hakimiyyəti suya qənaət etmək qərarına gəlib və ölkə fermerlərini minimum su istehlakıyla məhsul yetişdirməyə çağırıb. Eyni zamanda Hindistan hökuməti Basmati istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub.(oxu.az)

Poliqon.info