İlham Zəkiyev Avropa ikincisi olub - Yenilənib

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb...

“Report”un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) ilə İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.

***

Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Milli Paralimpiya Komitəsinin yaydığı məlumata görə, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.

Poliqon.info