“Taliban” İranın Qızıl Aypara Cəmiyyətinin klinikasını bağladı - Foto

“Taliban” hökuməti Əfqanıstanın Nimruz əyalətində “İmam Xomeyni İmdad Komitəsi”nin fəaliyyətini dayandırdıqdan sonra bu əyalətdə İranın Qızıl Aypara Cəmiyyətinin klinikasını da bağlayıb...

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Taliban” rəsmiləri Nimruz əyalətində klinikanın hansı səbəbdən bağlanması barədə açıqlama verməyib.

Xatırladaq ki, “Taliban” bundan əvvəl sözügedən komitənin Herat, Kabil və Məzari-Şərif vilayətlərindəki ofislərinin fəaliyyətini də dayandırıb.

Poliqon.info