Sergey Şoyqu: Qərbin Ukraynaya yardımı 160 milyard dolları ötüb...

2022-ci ilin fevralından NATO, Avropa İttifaqı və onların tərəfdaşlarından Ukraynaya yardımın ümumi məbləği 160 milyard dolları ötüb...

Poliqon xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyq deyib.

Rusiyalı nazir bildirib ki, bu müddət ərzində Kiyev yüzlərlə tank, 4 mindən çox zirehli texnika alıb:

“Ötən fevral ayından Ukrayna yüzlərlə tank, 4000-dən çox zirehli döyüş maşını və zirehli texnika, 1100-dən çox səhra artilleriya qurğusu, həmçinin Qərb istehsalı olan onlarla müasir reaktiv yaylım atəşi sistemi və zenit-raket kompleksi alıb. Ümumilikdə NATO, Avropa İttifaqı və onların tərəfdaşlarından yardımın həcmi 160 milyard dolları keçib”, deyə Şoyqu bildirib.

Müdafiə nazirinin Rusiya Federasiyasının hərbi təhlükəsizliyinə təhdidlər qərb və şimal-qərb strateji istiqamətlərdə çoxalıb. Finlandiyada NATO-nun uzaqmənzilli silahlarının yerləşdirilməsi təhlükəsi var:

“Ciddi sabitliyi pozan amil Finlandiyanın NATO-ya, gələcəkdə isə İsveçin daxil olmasıdır. Helsinki Alyansa daxil olduqdan sonra Rusiyanın blok ölkələri ilə quru sərhədi demək olar ki, iki dəfə artıb”, deyə Şoyqu qeyd edib.

Poliqon.info