Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb...

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.

Poliqon.info