Deputat parlamentdə qadınları təhqir etdi, istefa verdi və siyasətdən getdi...

Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyasından deputat Vecdi Rəşidov parlamenti tərk etmək və siyasi karyerasını tamamilə bitirmək qərarına gəldiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Bolqarıstanın Segabg saytı məlumat yayıb. Portalın məlumatına görə, siyasətçinin parlamentdə qadınlara qarşı təhqiramiz ifadələr səsləndirməsi böyük qalmaqala səbəb olub.

“Yaranmış vəziyyətlə əlaqədar mən xalq deputatı kimi istefa verirəm, GERB partiyasından və siyasətdən gedirəm”, deyə Rəşidov bildirib.

Segabg portalı qeyd edir ki, deputat parlamentin avqustun 7-də məişət zorakılığından müdafiə haqqında qanun layihəsinin müzakirə olunduğu iclasdan sonra həmkarlarının ciddi tənqidi ilə üzləşib. Belə ki, deputat parlamentdəbir sıra təhqiramiz ifadələr işlədib və bu zaqman mikrofonu söndürməyi unudub.

Poliqon.info