Blinken Niger qiyamçılarına müraciət edib...

ABŞ Dövlət Katibi Entoni Blinken üsyançıları Niger prezidenti Bazumu və ailəsini azad etməyə çağırıb...

Poliqon xəbər verir ki, ABŞ Dövlət Katibi bu barədə sosial mediada yazıb.

ABŞ Dövlət Katibi Entoni Blinken Niger prezidenti Məhəmməd Bazumla danışıb. ABŞ rəsmisi avqustun 9-da telefon danışığında üsyançıların nəzarətində olan Afrika liderini əmin edib ki, Ağ Ev böhranın sülh yolu ilə həlli üçün daim çalışır.

Blinken həmçinin sosial mediadakı paylaşımında Nigerdəki hərbi çevrilişin liderlərinə də müraciət edib. Dövlət Katibi üsyançıları Bazumu və ailəsini dərhal azad etməyə çağırıb.

Poliqon.info