SSRİ xalq artisti 97 yaşında vəfat edib

SSRİ xalq artisti Vera Vasilyeva 97 yaşında vəfat edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Akademik Satira Teatrından bildirilib.

Qeyd olunub ki, o, 1925-ci ildə Moskvada anadan olub.

Məşhur aktrisa "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizlə toy" (1953) kimi filmlərdə yer alıb.

Poliqon.info