Ərdoğan: Taxıl müqaviləsinin canlanması Qərbdən asılıdır...

Ərdoğan hesab edir ki, Qərb taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın taxıl sazişinə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Poliqon xəbər verir ki, bu barədə məlumatı “Al Monitor” nəşri yayıb.

“Şübhəsiz ki, bu qarşıdurmanın gələcək fəsadlar olmadan həlli Qərb ölkələrinin öz vədlərini yerinə yetirməsindən asılıdır. Təəssüf ki, son vaxtlar “müqavilələrə hörmət edilməlidir” prinsipinə əməl olunmur”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Qərb ölkələri tərəfindən “Qara dəniz təşəbbüsü” nəticəsində yaranmış müsbət atmosferi əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün gərəkli diplomatik addımlar atılmayıb.

Türkiyə prezidenti əlavə edib ki, Ankara bu məsələlərdən hər hansı birində kömək etməyə hazır olduğunu açıq şəkildə bildirib.

Poliqon.info