Avropa təbii qazı Ukraynada saxlamağa başladı...

Avropalı treyderlər Ukraynada yeraltı qaz anbarlarının (UGS) tutumundan istifadə etməyə başlayıblar...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi treyderlərə və şirkət nümayəndələrinə istinadən məlumat yayıb.

“Qaz alıcıları bu qış yanacağı baha satmaq üçün onun maksimum həcmini daha aşağı qiymətə almağa meyllidirlər. Treyderlər müharibə ilə bağlı riskləri öz üzərlərinə götürməyə hazırdırlar”, deyə nəşr yazır.

Çex EPH qrupu agentliyə bildirib ki, şirkətin Ukraynanın UGS qurğularından istifadə etmək qərarı onların etibarlılığına inamla bağlıdır.

Daxili bazarın böyük hissəsini qismən Rusiya qazı ilə təmin edən Slovakiya dövlət şirkəti SPP, yerli anbarların 90% doluluğu fonunda Ukrayna anbarlarından istifadə imkanını nəzərdən keçirdiyini bildirib.

Digər avropalı treyderlər qeyd ediblər ki, Ukraynanın UGS obyektlərindən istifadə qərarının anbar obyektlərinə hərbi zərbələr də daxil olmaqla riskləri var.

“Brueghel” analitik mərkəzi keçən ay bildirmişdi ki, Ukrayna Avropada saxlama qabiliyyətini təxminən 10% artıra bilər.

Poliqon.info