Fransanın müdafiə naziri senatorlara cavab verdi: Afrika siyasəti iflasa uğramayıb...

Fransanın müdafiə naziri Sebastyan Lekornu bir sıra fransız siyasətçilərinin Parisin Afrika siyasətinin iflasa uğraması ilə bağlı bəyanatlarını rədd edib...

Poliqon xəbər verir ki, ebastyan Lekornu bu barədə Twitter-də yazıb.

“Bu məktub konkret təkliflərdən məhrumdur. Heç olmasa biri ordumuzun əldə etdiyi nailiyyətlərə qiymət verə bilərdi”, deyə nazir bildirib.

Müdafiə nazirinin sözlərinə görə, o, Afrikanın Sahel bölgəsində islamçı qruplara qarşı “Bərxan” antiterror əməliyyatının uğursuz olduğunu söyləməyə imkan verə bilməz:

“Ordumuz daim Saheldəki terror qruplarını geri otuzdurb, minlərlə insanın həyatını yerindəcə xilas edib və fransızları ərazimizdəki terror hücumları təhlükəsindən qoruyub”.

O, bu əməliyyatı uğursuz adlandırmağın səhv olduğuna da diqqət çəkib. Nazirin sözlərinə görə, hər hansı böhranda və istənilən hərbi əməliyyatda olduğu kimi, bundan siyasi dərslər çıxarmaq olar.

Qeyd edək ki, müxtəlif siyasi qüvvələrə mənsub 94 fransız senator Afrikada dövlət siyasətinin iflasa uğraması ilə bağlı Fransa prezidenti Emmanuel Makrona açıq məktub göndərib. Onlar hesab edirlər ki, bir sıra Afrika ölkələri - Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso Fransanın siyasi, hərbi və iqtisadi təsirindən əl çəkib. Senatorlar qeyd ediblər ki, dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir.

Poliqon.info