Yaponiya İranı Rusiyanln təcavüzünə “konstruktiv cavab” verməyə çağırıb...

Qərb ölkələrinin Tehranın Moskvaya müxtəlif modifikasiyalı dronlarla dəstək verməsi ilə bağlı şübhələri fonunda Yaponiya İran hakimiyyətini Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah verməyi dayandırmağa çağırıb...

Poliqon “Kyodo” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bazar ertəsi iranlı həmkarı Əmir Abdullahianla görüşündə bildirib.

Qeyd olunur ki, görüş zamanı nazir İranı Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünə “konstruktiv cavab” verməyə çağırıb. Tərəflər həmçinin Yaxın Şərq üçün vacib məsələlər üzrə gələcək müzakirələrə dair razılığa gəliblər.

Qəzet yazır ki, Tokio Tehranı ənənəvi dostluğundan müharibəni dayandırmaq üçün istifadə etməyə çağırıb.

Bundan əlavə, İranın nüvə fəaliyyətinin genişləndirilməsi məsələsi də görüşün mühüm mövzusuna çevrilib. Yaponiya “ciddi narahatlığını” ifadə edib və Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa çağırıb. Hayaşi vurğulayıb ki, Tokio Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyir və Tehranı razılaşmaya qayıtmağa çağırır.

Buna cavab olaraq Abdullahian qeyd edib ki, İran bu məsələdə Yaponiya ilə əməkdaşlığa razıdır və Tehranın JCPOA-da iştirakının “danışıqlara” bağlı olduğunu göstərib.

Poliqon.info