Avropa təbbi fəlakətlər: Sloveniyada qurbanların sayı artır, Avstriyada 280 torpaq sürüşməsi...

Sloveniya, Avstriya və Xorvatiyada baş verən irimiqyaslı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı azı 7 nəfərə çatıb...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DW telekanalıməlumat yayıb.

Avropa ölkələrində fırtınalar kəndlərin boşaldılmasına və əhəmiyyətli dağıntılara səbəb olub. Ölənlərin əksəriyyətinin bazar ertəsinə qədər ekstremal hava şəraiti səbəbindən ən azı 6 nəfərin öldüyü Sloveniyada qeydə alındığı bildirilib.

Avstriyada bir qadının çaya düşərək öldüyü də qeyd edilib. Ölkənin Karintiya əyalətində bazar gününün ortalarına kimi 80, qonşu Ştiriya əyalətində isə bazar günü səhərə qədər 280 böyük sürüşmə qeydə alınıb.

Xorvatiyada yollar, əkin sahələri və yaşayış məntəqələri su altında qalıb, ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.

Hər üç ölkədə vəziyyətin yaxşılaşacağı gözlənilir, çünki yerli hakimiyyət orqanları bazar ertəsi suyun səviyyəsinin azalacağını bildirib.

Poliqon.info