Amerikalı senator: ABŞ Kubanın blokadasına son qoymalıdır...

ABŞ hakimiyyəti Kubaya münasibətini dəyişməlidir...

Poliqon xəbər verir ki, bunu ABŞ Konqressinin Demokratlar Partiyasından olan senatoru Peter Uelç deyib.

Senator Konqresə ABŞ-Kuba münasibətlərinə yenidən baxılması imkanlarını təsvir edən protokol təqdim edib:

“Mövcud siyasət əvvəlki administrasiyanın uğursuz proqramının davamından başqa bir şey deyil. Bu siyasət birbaşa və ya dolayısı ilə Kubada genişmiqyaslı məhrumiyyət və aclığa səbəb olur. Buna görə təkcə keçən il təxminən 313.000 kubalı adanı tərk edib, Birləşmiş Ştatlara giriş axtarışındadır”, deyə senator bildirib.

Peter Uelç əlavə edib ki, yaxın gələcəkdə Ağ Ev bir sıra addımlar atmalı, o cümlədən Kubanı terrorizmin himayədarı olan dövlət siyahısından çıxarmalı, sanksiyaların bir hissəsindən imtina etməli və respublika ilə əlaqələr qurmaq yolunu tutmalıdır. Uelç xüsusilə ABŞ prezidenti Co Bayden administrasiyasının Havanaya yeni səfir göndərməli olduğunu vurğulayıb.

ABŞ-ın Kubaya qarşı sanksiyaları hələ 1960-cı ildə, həmin ölkənin hökuməti Amerika vətəndaşlarının və korporasiyalarının əmlakını müsadirə edəndə tətbiq edilib. İki il sonra sanksiyalar demək olar ki, total embarqo səviyyəsinə qədər sərtləşdirilib. Sanksiyaların ləğvi üçün Amerikanın şərtləri arasında Kubada demokratikləşməsi və insan hüquqlarına hörmət var. Bundan əlavə, Vaşinqton ada dövlətinin digər dövlətlərlə hərbi əməkdaşlıqdan imtina etməsini də istəyir. Son 60 ildə tərəflər vəziyyəti düzəltmək üçün heç bir cəhd göstərməyib. 2015-ci ildə ölkələr arasında diplomatik münasibətlər qismən bərpa edilib. Bununla belə, ABŞ Kubanın blokadasından hələ də əl çəkməyib.

Poliqon.info