Donetskə atılan raket zərbələri nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı 81-ə çatıb

Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində yaşayış evinə və kiçik otelə Rusiya ordusunun ötən gecə atdığı "İskəndər" tipli raket zərbələri nəticəsində ölən və yaralananların statistikası yenilənib...

Donetsk vilayəti hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, ölənlərin sayı 7-yə, yaralananların sayı isə 81 nəfərə çatıb.

Ölənlərdən 5-i mülki şəxs, 1-i əsgər və 1-i xilasedicidir.

Qeyd edilb ki, yaralananlardan 39-u mülki şəxs, o cümlədən 2-si uşaq, 31-i polis, 7 nəfəri Fövqəladə Hallar Xidmətinin əməkdaşı, 4-ü isə hərbçidir:

"Yerli vaxtla saat 11:00-a olan məlumata görə, 12 çoxmərtəbəli binaya ziyan dəyib, otel binaları, prokurorluq, pensiya fondu, aptek, iki mağaza, iki kafe və iki mülki avtomobil ciddi zədələnib".

Poliqon.info