Araikin Rusiya “etirafları”... - Separatçıların başçısı hansı mesajları verdi?..

Arutyunyan etiraf edib ki, Rusiya prezidenti göndərdiyi çoxsaylı məktublara, müraciətlərə məhəl qoymayıb...

Politoloq: “Qarabağ separatçıları sonlarının gəldiyini başa düşüblər. Artıq bilirlər ki, Azərbaycanın tərkibində və onun şərtlərinə əsasən yaşamaqdan başqa yolları yoxdur”.

“Beynəlxalq ictimaiyyət və qanunların Azərbaycanın yanında olduğu bir durumda separatçıların etirafları artıq heç nəyi dəyişmir”.

Bu sözləri politoloq Azər Qasımov separatçıların “lideri” Arayik Arutyunyan son müsahibəsini Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağdakı separatçılara “liderlik” edən Arayik Arutyunyan yenə də başını başlara qoşub onu aşan məsələlərə meyl göstərib. Oyuncaq “prezident” etiraf edib ki, Rusiya prezidenti Vladimir Putin göndərdiyi çoxsaylı məktublara, müraciətlərə məhəl qoymayıb. Arturyan onu da deyib ki, Brüssel və başqa danışıqlarda onların adlarını belə çəkən olmayıb.

Bəs onun indiki məqamda bu “etirafları” hansı anlama gəlir və ümumiyyətlə, Arutunyanın məlum müsahibəsində hansı mesajlar var?

Seperatçıların növbəti sayıqlamalarını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Son şans olaraq Azərbaycanın onları əhv edə bilmə şansını qaçırmamalıdırlar”.

Azərbaycanın nə lazımdırsa, onu etdiyini xatırladan politoloq Poliqon-abildirib ki, separatçıların tək yolu təslim olmaqdır:

“Qarabağ separatçıları sonlarının gəldiyini başa düşüblər. Artıq bilirlər ki, Azərbaycanın tərkibində və onun şərtlərinə əsasən yaşamaqdan başqa yolları yoxdur. Sadəcə bir qrup olan separatçılar öz dərdlərinin halına düşüblər. Etdiklərinə görə alacaqları cəza onları ağılsız addımlar atmağa sövq edir.

Beynəlxalq ictimaiyyət və qanunların Azərbaycanın yanında olduğu bir durumda separatçıların etirafları artıq heç nəyi dəyişmir. Azərbaycan nə lazımdırsa, onu edib. Separatçıların tək yolu təslim olmaqdır. Onların verdikləri bəyanatların isə heç bir əhəmiyyəti yoxdur. Bunu özləri də etiraf edirlər.

Son şans olaraq Azərbaycanın onları əhv edə bilmə şansını qaçırmamalıdırlar. Azərbaycan dövləti böyüklük göstərib onlara bir şans verib ki, yaratdıqları qondarma qurum və vəzifələri ləğv etsinlər. Azərbaycandan üzr istəyiblər və əhv olunmalarını diləsinlər. Azərbaycan dövləti də bu müraciətə baxıb, onların hansılarını əhv edəcəyi, hansılarını həbs edəcəyi məsələsinə baxacaq. Yerdə qalan ermənilərin isə Azərbaycanın şərtlərinə uyğun gələnlərini isə vətəndaşlığa qəbul edəcək”.

Nərminə UMUDLU Poliqon.info