Gürcüstanın Baş naziri: Rusiyanın hərbi təcavüzü kütləvi insan tələfatı ilə nəticələndi...

Gürcüstan hökuməti ölkənin ərazi bütövlüyünün bərpası və birləşməsinin dinc yoluna sadiqdir...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Cənubi Osetiyada hərbi əməliyyatların başlanmasının 15-ci ildönümü ilə bağlı məktubunda deyilir.

O, 2008-ci ilin avqustunda Rusiyanın hərbi təcavüzünün kütləvi insan tələfatı ilə nəticələndiyini, eləcə də ərazilərin müvəqqəti işğalının ölkənin suverenliyi və inkişafı üçün ciddi problem olaraq qaldığını bəyan edib:

“Biz sarsılmaz inamla hərəkət edirik. Dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstan gürcülər, osetinlər, abxazlar, bizim torpağımızda yaşayan bütün insanlar üçün ən yaxşı perspektivdir və biz bu məqsədin tezliklə reallaşması üçün hər şeyi edirik".

2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya Cənubi Osetiyada hərbi əməliyyatlara başlayıb. Həmin vaxt Gürcüstana qarşı beş gün davam edən hərbi əməliyyat baş tutub. Nəticədə Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Poliqon.info